İŞİD-in kimyəvi silah eksperti öldürülüb

İŞİD-in kimyəvi silah eksperti öldürülüb Abu Malik öz təlimlərində cihadçılara kimyəvi silahlarla davranmağı öyrədirdi
Digər ölkələr
31 Yanvar , 2015 07:10
İŞİD-in kimyəvi silah eksperti öldürülüb

BAKI. 31 yanvar. REPORT.AZ/ İslam Dövləti təşkilatının kimyəvi silahlar üzrə eksperti İraqda ABŞ koalisiyasının raket zərbələri nəticəsində həlak olub.

"Report" Azadlıq radiosuna istinadla xəbər verir ki, Abu Malik öz təlimlərində cihadçılara kimyəvi silahlarla davranmağı öyrədirdi.

O İraqdakı əl-Qaedaya, sonra isə İD-ə qoşulmazdan əvvəl keçmiş İraq lideri Saddam Hussein-in kimyəvi silahlar üzrə mühəndisi olub.

Abu Malik-in yanvarın 24-də Mosul yaxınlığında öldürüldüyü xəbər verilib.

ABŞ hərbiyyəsi bildirib ki, onun ölümü İD-in kimyəvi silahlardan istifadə qabiliyyətinə ciddi zərbə olub.

Xəbər verilir ki, döyüş bölgələrində İD-in xlorin qazından istifadə etdiyi barədə məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi