​İŞİD-in iki "rejissoru" öldürülüb

​İŞİD-in iki "rejissoru" öldürülüb İraq DİN-dən bildirilib ki, hava hücumu nəticəsində 28 terrorçu ölüb, onlarla silahlı yaralanıb
Digər ölkələr
1 İyun , 2015 11:34
​İŞİD-in iki rejissoru öldürülüb

Bakı. 1 iyun. REPORT.AZ/ İraqın qərbində yerləşən Anbar əyalətinin  bombalanması nəticəsində İŞİD silahlı qruplaşmasının iki "rejissoru" ölüb.

"Report" newsru.com-a istinadən xəbər verir ki, bu haqda İraqın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, "Əbu Məhəmməd əs-Suri" (o " Abu Samra" adı ilə tanınır) və "Abu Üsama əl-Amriki" kimi tanınan "rejissorlar" İŞİD-in təşkil etdiyi terror aksiyaları və edamların təbliğat video-çarxlarının hazırlanmasında iştirak edirmişlər.

İraq DİN-dən bildirilib ki, hava hücumu nəticəsində 28 terrorçu ölüb, onlarla silahlı yaralanıb. 

Son xəbərlər

Orphus sistemi