İŞİD-in ələ keçirdiyi Əl-Bab şəhəri tamamilə mühasirəyə alınıb

İŞİD-in ələ keçirdiyi Əl-Bab şəhəri tamamilə mühasirəyə alınıb Türkiyə Silahlı Qüvvələri şəhərin şərq, qərb və şimal hissələrinə nəzarət edir
Digər ölkələr
6 Fevral , 2017 14:30
İŞİD-in ələ keçirdiyi Əl-Bab şəhəri tamamilə mühasirəyə alınıb

Bakı. 6 fevral. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının nəzarəti altında olan Suriyanın Əl-Bab şəhəri tamamilə mühasirəyə alınıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri məlumat yayıb.

Xəbərdə bildirilib ki, Türkiyə Silahlı Qüvvələri şəhərin şərq, qərb və şimalından, Suriyadakı Bəşşər Əsəd rejiminə aid silahlılar isə cənub hissədən Əl-Babı mühasirəyə alıblar. 

Son xəbərlər

Orphus sistemi