İraqda İŞİD-in baş cəlladı öldürülüb

İraqda İŞİD-in baş cəlladı öldürülüb Onu Mosulun qərbindəki əl-Davas ərazisində pusquya salaraq məhv ediblər
Digər ölkələr
30 Yanvar , 2017 21:36
İraqda İŞİD-in baş cəlladı öldürülüb

Bakı. 30 yanvar. REPORT.AZ/ İŞİD-in baş cəlladı İraqda naməlum şəxslər tərəfindən öldürülüb.

"Report"un məlumatına görə, bu barədə "The Daily Mail" İraqın informasiya agentliklərinə istinadən xəbər verib.

"Naməlum silahlı dəstə bazar günü – yanvarın 29-da İŞİD-in məşhur cəlladı Əbu Səyyafı məhv edib" – deyə agentliklərdən biri ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən bildirib.

Onu Mosulun qərbindəki əl-Davas ərazisində pusquya salaraq məhv ediblər. İŞİD üzvü bir neçə bıçaq zərbəsi alaraq həmin yerdəcə ölüb.

Başqa bir məlumata görə isə, Əbu Sayyaf pusquya düşərək güllələnib.

Qeyd edək ki, Əbu Sayyaf terrorçu fəaliyyəti dövründə 100-dən çox insanın başını kəsib. O, həmçinin İŞİD-in Neynava vilayətindəki bölməsinin başçısı idi.

Son xəbərlər

Orphus sistemi