İraq XİN başçısı: "İŞİD-in arxasında duranlar hamıya məlumdur"

İraq XİN başçısı: "İŞİD-in arxasında duranlar hamıya məlumdur" İbrahim əl-Cəfəri: "Onların arxasında hökumətlər və onların büdcələri durur"
Digər ölkələr
28 dekabr 2016 09:19
İraq XİN başçısı: İŞİD-in arxasında duranlar hamıya məlumdur

Bakı. 28 dekabr. REPORT.AZ/ “İraqda terrorçu İŞİD qruplaşmasına xarici dövlətlər maliyyə yardımı edir”.

“Report” xəbər verir ki, bunu İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri “RİA Novosti”yə mühasibəsində bildirib.

Onun sözlərinə görə, Mosulda İraq hərbçiləri tərəfindən mühasirəyə alınan terrorçular böyük müasir silah və sursata malikdirlər: "İŞİD-də bir dövlətin imkanları var. Onların arxasında böyük məbləğdə maliyyə dəstəyi durur. Bu, adi dəstək deyil. Onları hökumət dəstəkləyir. Onların arxasında hökumətlər və onların büdcələri durur. Bununla belə, Bağdad hətta İŞİD-i dəstəkləyən dövlətlərlə də əlaqələri qorumaq niyyətindədir”.

İ.Cəfəri terrorçuları dəstəkləyən dövlət və hökumətlərin adlarını çəkməyib: “Onların adı hamıya məlumdur”.

Son xəbərlər

Orphus sistemi