Bakı. 24 iyun. REPORT.AZ/ İŞİD terror təşkilatının yaraqlıları İraq təhlükəsizlik qüvvələrinin 6 əməkdaşını girov götürüblər.
“Report” "Reuters"ə istinadən xəbər verir ki, terrorçular İraq hökumətinin bütün həbsdə olan qadın sünnü müsəlmanları azad edəcəyinə ümid bəsləyirlər.
Terrorçular əks təqdirdə girovları 3 gün ərzində öldürəcəkləri ilə təhdid edirlər.