​İŞİD İraqın Ramadi şəhərini ələ keçirib

​İŞİD İraqın Ramadi şəhərini ələ keçirib Döyüşlər zamanı ən azı on İraq əsgəri həlak olub
Digər ölkələr
12 Aprel , 2015 18:30
​İŞİD İraqın Ramadi şəhərini ələ keçirib

Bakı. 12 aprel. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının yaraqlıları İraqın Ramadi şəhərinin bir neçə rayonunu ələ keçiriblər.

"Report" CNN-ə istinadən xəbər verir ki, uzun sürət döyüşlər zamanı İraq ordusu ən azı on əsgərini itirib.

Həmçinin Ənbar əyalətində aparılan əməliyyatların rəhbəri general Qasim əl-Məhəmmədi yaralanıb.

Ramadi şəhəri paytaxt Bağdadın 110 kilometrliyində yerləşir.

Son xəbərlər

Orphus sistemi