İŞİD İraqın Fəllucə şəhərində 100 nəfəri girov götürüb

İŞİD İraqın Fəllucə şəhərində 100 nəfəri girov götürüb Silahlılar gəncləri naməlum istiqamətə aparıblar
Digər ölkələr
31 May , 2016 08:42
İŞİD İraqın Fəllucə şəhərində 100 nəfəri girov götürüb

Bakı. 31 may. REPORT.AZ/ İŞİD terror təşkilatı İraqın Fəllucə şəhərində 100 nəfəri girov götürüb. “Report”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terrorçular İraq ordusunun hücumlarına cavab olaraq şəhər əhalisinə qarşı zorakılıqları artırıblar.

Fəllucənin tayfa rəhbərlərindən olan Məcid əl-Cerisi bildirib ki, İŞİD terrorçuları evlərə basqın edərək 100 gənci naməlum istiqamətə aparıblar. İŞİD silahlıları gəncləri saqqal saxlamamaq bəhanəsi ilə girov götürüblər.

“İŞİD silahlıları bölgə xalqını təhqir edir, İraq Silahlı Qüvvələrinə qarşı döyüşmədiyimiz üçün bizi qorxaqlıqda suçlandırırlar” – deyə Məcid əl-Cerisi əlavə edib. 

Son xəbərlər

Orphus sistemi