Yuxarı

​İŞİD İraqda tarixi arxeoloji muzeyi dağıdıb

Həmin muzeydə Şumer mədəniyyətinə məxsus çoxlu sayda mədəni irs nümunələri olub

Bakı. 26 fevral. REPORT.AZ/ İŞİD İraqın Ninova əyalətində yerləşən Tarixi Arxeoloji Muzeydəki eksponatları dağıdıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əllərində çəkic, külüng, ling və elektrik mişarları və başqa dağıdıcı alətlər olan İŞİD terrorçuları muzeydəki Mesopotamiya ("İki çayın arası") bölgəsinə aid bütün tarixi abidələri, heykəlləri, daş kitabələri və tarixi-mədəni başqa əşyaları məhv ediblər.

Xatırladaq ki, türkmənlərin Mosul şəhəri də bu əyalətə aiddir. Bundan başqa, həmin muzeydə Şumer mədəniyyətinə məxsus çoxlu sayda mədəni irs nümunələrinin də olduğu bildirilir.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi