Yuxarı
    Bağlamaq

    ​İŞİD İraqda qədim şəhəri dağıdıb

    Şəhər YUNESKO-nun Ümumdünya nadir mədəni arxitektura irsi siyahısına daxil edilib

    Bakı. 4 aprel. REPORT.AZ/ Terroroçu İŞİD qruplaşması İraqın şimalında yerləşən qədim Parfiyanın Hatra şəhərini dağıdıb.

    "Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

    Terrorçular tarixi şəhərin ərazisindəki qədim abidələri və başqa mədəni əşyaları külüng, gürz və odlu silahlardan istifadə edərək dağıdıblar.

    Məlumatda bildirilib ki, şəhərin bu ilin martında dağıdılması ilə bağlı yayılmış xəbər doğru deyil. Çünki son tikintilər və arxeoloji tapıntılar Hatranın aprelin əvvəlində dağıdıldığını təsdiqləyir.

    Xatırladaq ki, ellin dövrünün elementləri və qədim Romanın ənənələrini özündə əks etdirən Hatra YUNESKO-nun "Ümumdünya nadir mədəni arxitektura irsi" siyahısına daxil edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi