Terrorçular İraqda hərbi bazaya hücum edib

Terrorçular İraqda hərbi bazaya hücum edib "Əl-Əsəd" bazasına hücum edən 4 intiharçının qarşısı alınıb
Digər ölkələr
26 Mart , 2016 23:17
Terrorçular İraqda hərbi bazaya hücum edib

Bakı. 26 mart. REPORT.AZ/ İŞİD terror qruplaşmasının bir qrup intiharçısı İraqın Anbar vilayətində mühüm hərbi bazalardan birinə hücum edərək üç əsgəri qətlə yetirib.

"Report" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, İraq ordu komandiri general mayol Əli İbrahim Daboun deyib ki, "Əl-Əsəd" bazasına hücum edən 4 intiharçının qarşısı alınıb.

Onun sözlərinə görə, müxtəlif millətlərdən olan bu terrorçular İraq təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Daboun terrorçuların kimliklərinə və ordudan kimlərin öldüyünə aydınlıq gətirməyib.

Paytaxt Bağdaddan 180 kilometr şimal-qərb olan Anvar vilayətində yerləşən "Əl-Əsəd" bazası İraqda ən böyük hərbi bazalardan biridir. Bu bazada yüzlərlə xarici hərbi qulluqçu yerlilərə təlim keçir.

Son xəbərlər

Orphus sistemi