İŞİD İraqda dinc sakinlərə hücum edib, ölənlər və yaralananlar var

İŞİD İraqda dinc sakinlərə hücum edib, ölənlər və yaralananlar var Bakı. 16 sentyabr. REPORT.AZ/ İŞİD terror qruplaşması silahlılarının İraqa hücumu nəticəsində 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
Digər ölkələr
16 Sentyabr , 2018 12:26
İŞİD İraqda dinc sakinlərə hücum edib, ölənlər və yaralananlar var

Bakı. 16 sentyabr. REPORT.AZ/ İŞİD terror qruplaşması silahlılarının İraqa hücumu nəticəsində 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, hücum Kərkük və Diyala vilayətlərində baş verib. Məlumata görə, terrorçuların Kərkükdən 55 kilometr cənub-şərqdəki El-Havica rayonuna hücumu zamanı 1 polis əməkdaşı və 1 dinc sakin öldürülüb. Daha 1 dinc sakin isə yaralanıb. Terrorçular hadisə yerindən qaçıblar.

İŞİD silahlılarının Diyala vilayətinə hücumu nəticəsində isə 1 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi