İŞİD İraqda 6 nəfəri edam edib

İŞİD İraqda 6 nəfəri edam edib Terrorçular gəncləri İraqın təhlükəsizlik qüvvələri ilə əlaqə saxladığına görə öldürüb
Digər ölkələr
8 May , 2017 08:20
İŞİD İraqda 6 nəfəri edam edib
Foto: "Anadolu"

Bakı. 8 may. REPORT.AZ/ İŞİD terrorçuları İraqın Kərkük vilayətinin Havicə rayonunda 6 nəfəri edam edib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyinə Havicə administrasiyasının rəhbəri Şehban əl-Cuburi məlumat verib.

O, bildirib ki, silahlılar 3 ildir İŞİD-in nəzarəti altında olan ətraf kəndlərdə terrorçuluq əməllərini davam etdirirlər. Adminstrasiya rəhbəri qeyd edib ki, İŞİD 6 gənci İraqın təhlükəsizlik qüvvələri ilə əlaqə saxladığına görə güllələyib.

Qeyd edək ki, İŞİD 2014-cü ilin 10 iyunundan Kərkükün Havicə rayonuna nəzarət edir.

Son xəbərlər

Orphus sistemi