Yuxarı
    Bağlamaq

    İŞİD İraq hərbçilərinin düşərgəsinə hücum edib: azı 10 hərbçi ölüb, 6 nəfər yaralanıb

    İraqın hökumət qoşunları Anbar əyalətininin qərbini terrorçulardan təmizləmək üçün kampaniyaya başlayıb

    Bakı. 2 may. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının İraq hərbçilərinin düşərgəsinə hücumu nəticəsində azı 10 hərbçi ölüb, 6 nəfər yaralanıb.

    “Report” “Sky News Arabia” telekanalına istinadən xəbər verir ki, terrorçular ölkənin qərbində Anbar əyalətindən 310 km aralı Ər-Rutba şəhərinin Əs-Sukkar ərazisində olub.

    İraqın hökumət qoşunları bu il aprelin 22-də Anbar əyalətininin qərbini terrorçulardan təmizləmək üçün kampaniyaya başlayıb.

    Məlumata görə, əyalətin Əl-Kaim, Rava və Ana şəhərləri terrorçuların əlindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi