Yuxarı

İŞİD Homsdakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

Еerror aktı nəticəsində 22 nəfər həlak olub

Bakı. 13 dekabr. REPORT.AZ/ İŞİD terror qruplaşması Suriyanın Homs şəhərində törədilən iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ötən gün Homs şəhərinin mərkəzində törədilmiş terror aktı nəticəsində 22 nəfər ölüb, 140-dək insan yaralanıb və xəstəxanaya çatdırılıb.

Homsun valisi Talala Bərazzi ölənlərin əksəriyyətinin qadın və uşaq olduğunu deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi