​İŞİD Hələbin şimalında türkmənlərə hücum edib

​İŞİD Hələbin şimalında türkmənlərə hücum edib Hücum nəticəsində müxalifətin 8 döyüşçüsü həlak olub, 10-dan çoxu isə yaralanıb
Digər ölkələr
16 İyun , 2015 19:40
​İŞİD Hələbin şimalında türkmənlərə hücum edib

Bakı. 16 iyun. REPORT.AZ/ Suriyanın Rakka əyalətinin Tel-Abyad rayonundan çıxarılan İŞİD Hələbin şimalında türkmənlərə hücum edib. "Report" xəbər verir ki, bu haqda "al-Jazzira" məlumat yayıb.

Xəbərə görə, İŞİD silahlılarının hücumu nəticəsində həmin ərazidə 50-yə yaxın ev dağıdılıb. Uçqunlar altında qalanların xilas edilməsi istiqamətində işlər görülür.

Məlumata əsasən, mayın 28-də İŞİD Bəşşar Əsəd rejiminə müxalifətin nəzarəti altında olan Savran qəsəbəsi də daxil olmaqla 7 kəndi ələ keçirmişdir. Terrorçular iyunun 16-da müxalifətin nəzarəti altında olan başqa bölgələrə hücum edib.

Xəbərdə bildirlib ki, hücum nəticəsində müxalifətin 8 döyüşçüsü həlak olub, 10-dan çoxu isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi