Yuxarı
    Bağlamaq

    İŞİD hədələyir: Avropanın bütün aeroportlarında terrorçuların əlaltıları yerləşdirilib

    Bunu ABŞ radiostansiyasına müsahibəsində İŞİD liderlərindən biri olan Əbu əl-Ənsari bildirib

    Bakı. 27 mart. REPORT.AZ/ Terrorçular praktiki olaraq Avropa İttifaqının bütün aeroportlarında öz əlaltılarını yerləşdiriblər. Bunu ABŞ radiostansiyasına müsahibəsində İŞİD liderlərindən biri olan Əbu əl-Ənsari bildirib.

    "Report" AzərTac-a istinadən xəbər verir ki, Əbu əl-Ənsari İŞİD-in adamlarının hətta Avropanın bir sıra strateji obyektlərinin təhlükəsizlik xidmətlərinə nüfuz etdiyini təsdiqləyib.

    Bir qədər əvvəl KİV-də məlumat yayılmışdı ki, terrorçu-kamikadze Bakrui qardaşları vaxtilə Brüssel aeroportunda xidmətçi işləyiblər. Yunanıstan mediası isə polis idarəsindəki mənbəyə əsaslanaraq bildirmişdi ki, terrorçularda Brüssel aeroportunun müfəssəl planı çoxdan olub. Həmin plan bir il əvvəl Paris hücumunun təşkilatçısı Abaudun Afinada qaldığı mənzildə aşkarlanmışdı.

    Belçika polisi niyə həmin məlumatları nəzərə almayıb? Prokurorluq hazırda bunu aydınlaşdırır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi