​İŞİD girov saxladığı Yaponiya vətəndaşlarından birini edam edib

​İŞİD girov saxladığı Yaponiya vətəndaşlarından birini edam edib Terrorçular öldürülən jurnalist Haruna Yukavanın şəkilini yayıblar
Digər ölkələr
24 Yanvar , 2015 22:09
​İŞİD girov saxladığı Yaponiya vətəndaşlarından birini edam edib

Bakı. 24 yanvar. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının yaraqlıları girov götürdükləri iki Yaponiya vətəndaşından birini edam ediblər.

"Report" xəbər verir ki, bu barədə terrorçuların internet fəaliyyətinin monitorinqi ilə məşğul olan SİTE təşkilatına istinadən TASS məlumat yayıb.

Terrorçular öldürülən jurnalist Haruna Yukavanın şəkilini və digər girov Kendzi Qotonun İŞİD-in yeni tələbini ifadə etdiyi videosunu yayıblar.

Terrorçular Yaponiya hökumətinə İordaniya rəhbərliyi ilə orada həbsdə saxlanılan kamikadze Sacidə ər-Rişavinin azad edilməsi barədə razılıq əldə etməyi təklif ediblər.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yesixide Suqa internetdə bu tip məlumatların yayılmasından hiddətləndiklərini bildirib.

Onun sözlərinə görə, hazırda Yaponiya hakimiyyəti daxil olan məlumatların doğruluğunu nəzərdən keçirir.

Son xəbərlər

Orphus sistemi