İŞİD Əfqanıstanın şərqində dövlət şirkətinin ofisinə edilən hücuma görə məsuliyyəti üzərinə götürüb

İŞİD Əfqanıstanın şərqində dövlət şirkətinin ofisinə edilən hücuma görə məsuliyyəti üzərinə götürüb Hücum nəticəsində 2 nəfər həlak olub, 14 nəfər yaralanıb
Digər ölkələr
17 May , 2017 16:00
İŞİD Əfqanıstanın şərqində dövlət şirkətinin ofisinə edilən hücuma görə məsuliyyəti üzərinə götürüb
tolonews

Bakı. 17 may. REPORT.AZ/ İŞİD Əfqanıstanın şərqində Dövlət Televiziya və Radio Şirkətinin ofisinə edilən hücuma görə məsuliyyəti üzərinə götürüb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Hücum bu gün səhər saatlarında Cəlilabadda, Nənqərhər vülayətinin inzibati mərkəzində baş verib. Bir qrup silahlı televiziya və radio şirkətinin ofisinə daxil olaraq atəş açıb.

Vilayətin qubernatorunun nümayəndəsi Ataulla Hogiani məlumatı təsdiqləyərək bildirib ki, hücüm edənlərin sayı 5 nəfər olub.

"Tolo News"un məlumatına görə, silahlıların 4-ü məhv edilib, 1-i isə həbs edilib. Hücum nəticəsində 2 nəfər həlak olub, 14 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi