Misirdə silahlı hücum nəticəsində 9 polis əməkdaşı öldürülüb

Misirdə silahlı hücum nəticəsində 9 polis əməkdaşı öldürülüb Öldürülənlərdən biri polis zabitidir.
Digər ölkələr
8 May , 2016 04:41
Misirdə silahlı hücum nəticəsində 9 polis əməkdaşı öldürülüb

Bakı. 8 may. REPORT.AZ/ Misirin paytaxtı Qahirə yaxınlığında asayiş keşikçilərinin xidməti maşınına silahlı hücum nəticəsində 9 polis öldürülüb. 

"Report" xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrindəki mənbəyə əsasən "Əl-Vətən" qəzeti məlumat yayıb.

Məlumata görə, öldürülənlərdən biri polis zabitidir.

İnsident Heluan şəhərində, şəhər xəstəxanasının yaxınlığında baş verib. Naməlum şəxslər avtomobildən polisə atəş açıblar.

Hadisə şahidlərindən birinin sözlərinə görə, içində naməlum şəxslərin olduğu avtomobilin üzərində İŞİD terror qruplaşmasının simvolu varmış.  

Son xəbərlər

Orphus sistemi