İŞİD-ə qoşulmaq istəyən yəhudi əsilli İsrail vətəndaşı tutulub

İŞİD-ə qoşulmaq istəyən yəhudi əsilli İsrail vətəndaşı tutulub İsrail DİN rəsmisi: "Türkiyəyə minnətdarıq"
Digər ölkələr
2 sentyabr 2015 06:11
İŞİD-ə qoşulmaq istəyən yəhudi əsilli İsrail vətəndaşı tutulub

Bakı. 2 sentyabr. REPORT.AZ/ Yəhudi əsilli İsrail vətəndaşı terrorçu İŞİD qruplaşmasına qoşulmaq məqsədi ilə Suriya sərhədini keçmək istəyərkən tutulub.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, 21 yaşlı İsrail vətəndaşı olan yəhudi İsgəndərunada, Türkiyənin Hatay bölgəsində saxlanılaraq, ölkəsinə deportasiya olunub.

Xəbərə görə, ailəsi gəncin niyyətini bildiyindən məsələ ilə bağlı İsrailin Daxili İşlər Nazirliyinə müraciət edib.

İsrail Daxili İşlər Nazirliyinin xaircdə yaşayan vətəndaşlarla iş üzrə departamentinin direktoru İlan Ravid ölkəsinin birinci televiziya kanalı ilə çıxışında yəhudi gəncin İŞİD-ə qoşulmasının qarşısını vaxtında aldığı və dəstəyi üçün Türkiyə hökumətinə minnətdarlığını bildirib.

İsrail Daxili İşlər Nzariliyinin mətbuat xidmətinin katibi İlon Ravi ölkəsində çıxan "Yediot Ahronot" qəzetinə müsahibəsində faktı təsdiqləyib: "Onun sərhədi keçməməsinə görə, Türkiyəyə minnətdarıq".

Xəbərə əsasən, bu, yəhudi əsilli İsrail vətəndaşının İŞİD sıralarına qatılmasına ilk cəhddir.

Son xəbərlər

Orphus sistemi