Bakı. 31 yanvar. REPORT.AZ/ Pentaqonun rəsmi təmsilçisi kontr-admiral Con Kirbi İŞİD üzərində qələbənin tarixi haqda dəqiq fikir söyləyə bilməyib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, İŞİD-ə qarşı mübarizənin 5 ilədək uzanacağını ehtimal edib.
"Mən buna nə qədər vaxt sərf ediləcəyini deyə bilmərəm. Ola bilsin ki, buna 3-5 ilədək vaxt sərf olunsun", - o, vurğulayıb.
ABŞ Müdafiə Nazirliyinin təmsilçisi qeyd edib ki, İŞİD-ə qarşı mübarizənin əsasını ideologiya təşkil etməkdədir.