İŞİD-ə qarşı hərbi kampaniya 10 mindən çox döyüşçünün qətli ilə nəticələnib

İŞİD-ə qarşı hərbi kampaniya 10 mindən çox döyüşçünün qətli ilə nəticələnib Keçən ay Ramadı şəhərini ələ keçirən İslam Dövləti qrupunun yaraqlıları irəliləyişə nail olmağa davam edir
Digər ölkələr
3 İyun , 2015 21:59
İŞİD-ə qarşı hərbi kampaniya 10 mindən çox döyüşçünün qətli ilə nəticələnib

Bakı. 3 İyun. REPORT.AZ/ Birləşmiş Ştatlar dövlət katibinin müavini Entoni Blinken bu gün deyib ki, İslam Dövləti qrupuna qarşı aparılan hərbi kampaniya nəticəsində 10 mindən çox döyüşçü qətlə yetirilib. 

"Report"un Amerikanın Səsinə istinadən verdiyi məlumata görə, E.Blinken bunu İraqın baş naziri Heydər Əl-Abadi də daxil olmaqla, koalisiya partnyorlarının İslam Dövləti ilə strategiyanı müzakirə etmək üçün Parisdə keçirilən toplantıdan bir gün sonra Fransanın İnter radiosuna verdiyi müsahibəsi zamanı deyib.

Birləşmiş Ştatlar İraqın quru qüvvələrinə havadan yardım kampaniyasına keçən ilin avqust ayından, qonşu Suriyadakı yaraqlıları bombardman etməyə isə bundan bir ay sonra başlayıb. Gündə təxminən 14 dəfə həyata keçirilən hava hücumları hökumət qüvvələrinin bəzi əraziləri geri almasına yardım edib. Lakin keçən ay Ramadı şəhərini ələ keçirən İslam Dövləti qrupunun yaraqlıları irəliləyişə nail olmağa davam edir.

Son xəbərlər

Orphus sistemi