İŞİD Berlin yarmarkasındakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Berlin yarmarkasındakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb Yük maşınının insanların üzərinə sürülməsi nəticəsində 12 nəfər ölüb
Digər ölkələr
20 Dekabr , 2016 23:47
İŞİD Berlin yarmarkasındakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

Bakı. 20 dekabr. REPORT.AZ/ İŞİD terror təşkilatı Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Milad yarmarkasındakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Dekabrın 19-u Berlinin Braytşaydplats rayonunda sürücü yük maşınını Milad yarmarkasının keçirildiyi ərazidə insanların üzərinə sürüb. Hadisə nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Faktla bağlı Pakistandan olan 23 yaşlı şəxs saxlanılıb.

Son xəbərlər

Orphus sistemi