İsmət Yılmaz: "İŞİD bəlasından ən çox zərər görən türkmən qardaşlarımızdır"

İsmət Yılmaz: "İŞİD bəlasından ən çox zərər görən türkmən qardaşlarımızdır" "Türkmənlərin təhlükəsizliyi Türkiyə üçün çox önəmlidir"
Digər ölkələr
5 Mart , 2015 19:57
İsmət Yılmaz: İŞİD bəlasından ən çox zərər görən türkmən qardaşlarımızdır

Bakı. 5 mart. REPORT.AZ/ "Türkmənlərin təhlükəsizliyi Türkiyə üçün çox önəmlidir". "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İraqda rəsmi səfərdə olan Türkiyənin müadafiə naziri İsmət Yılmaz bildirib.

"İŞİD bəlasından ən çox zərər görən türkmən qardaşlarımızdır. İraqın istiqrarı Türkiyənin istiqrarırdır. İraqın inkişaf etməsindən Türkiyə məmnundur. İraqın inkişafi Türkiyənin də xeyrinədir. Bu ölkədə sülh olsa, bundan öncə biz faydalanarıq ", - o vurğulayıb.

O, İraqdakı türkmənlərin düşdüyü ağır vəziyyətə də toxunub: "Mosul, Təlafər, Kərkük, Tuzhurmatu, Tazehurmatu və Əmirlidəki türkmənlər həmişə fikrimizdə və ürəyimizdədir. Milli təhlükəsizliklə bağlı bütün toplantılarda türkmən qardaşlarımızın yaşadıqları problemlərin həlli istiqamətində hökumətimiz qərarlar qəbul edir. Bu yöndə lazımi dəstəyi veririk. Türkmən qardaşlarımızla birgə hərəkət etməyə çalışırıq. Duhokdan Nəcəfədək onlara yardım etməkdəyik".

Nazir Mosulda keçiriləcək hərbi əməliyyatlarla bağlı iraqlı həmkarının ölkəsindən humanitar yardım istədiyini söyləyib: "O, Mosul əməliyyatı nəticəsində bir milyona yaxın insanın yurdundan didərgin düşəcəyini və şimala doğru gedə biləcəklərini bildirdi. İraq müdafiə naziri bu məsələdə Türkiyədən yardım istədikərini vurğuladı. Biz də dəstək verəcəyimizi açıq şəkildə bildirdik".

Xatırladaq ki, İŞİD terrorçularının hücumundan sonra Mosul, Təlafər, Kərkük, Tuzhurmatu, Tazehurmatu və Əmirli şəhərlərinin yerli sakinləri olan türkmənlər yurdlarından didərgin düşüblər.

Son xəbərlər

Orphus sistemi