İŞİD Barselonadakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

İŞİD Barselonadakı terror aktına görə məsuliyyəti üzərinə götürüb Kataloniya hökumətinin rəhbəri bildirib ki, terror aktı zamanı 13 nəfər ölüb
Digər ölkələr
17 Avqust , 2017 23:33
İŞİD Barselonadakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

Bakı. 17 avqust. REPORT.AZ/ İŞİD terror qruplaşması Barselonadakı terror aktına görə məsuliyyəti üzərinə götürüb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon bildirib ki, terror aktı zamanı 13 nəfər ölüb. Kataloniyanın Daxili İşlər Nazirlliyi də faktı təsdiqləyərək bildirib ki, 50-dən çox xəsarət alan var. 

Yerli KİV-in məlumatına görə, hadisə zamanı 80 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Terror aktını törətməkdə şübhəli bilinənlərdən biri həbs edilib, digəri isə polislə baş vermiş atışmada öldürülüb.  

Son xəbərlər

Orphus sistemi