"İrma" qasırğası gücünə görə maksimal kateqoriyaya aid edilib

"İrma" qasırğası gücünə görə maksimal kateqoriyaya aid edilib Qasırğada küləyin maksimal sabit sürəti 280 km/saatdan artıqdır
Digər ölkələr
5 Sentyabr , 2017 17:50
İrma qasırğası gücünə görə maksimal kateqoriyaya aid edilib
AP

Bakı. 5 sentyabr. REPORT.AZ/ Atlantik okeanında başlayan "İrma" qasırğası gücünə görə maksimal - 5-ci kateqoriyaya aid edilib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Milli Qasırğa Mərkəzindən bildiriblər.

Qasırğada küləyin maksimal sabit sürəti 280 km/saatdan artıqdır.

Atlantik okeanının mərkəzində, Kabo Verednin qərbində yaranan qasırğa hazırda Karib hövzəsində yerləşən adalara tərəf hərəkət edir.

Milli Qasırğa Mərkəzi tərəfindən qasırğa xəbərdarlığı Antiqua və Barbuda, Sent Kits və Nevis, Britaniyaya məxsus Angilya və Montserrat adaları, Hollandiyaya məxsus Saba və Sint Estatius adaları, Fransa və Hollandiya arasında bölünmuş Sen Marten adası və Fransanın dənizdə yerləşən Sen Bartelem ərazisi üçün verilib.

Eyni zamanda ABŞ-a məxsus Puerto Riko adasında və əhalisi çox olan Florida ştatında fövqəladə vəziyyət elan edilib.

Son xəbərlər

Orphus sistemi