"İrma" qasırğası ABŞ-ın Florida ştatına çatıb

"İrma" qasırğası ABŞ-ın Florida ştatına çatıb Qasırğadan 30 milyondan çox insan zərər çəkə bilər
Digər ölkələr
11 Sentyabr , 2017 00:56
İrma qasırğası ABŞ-ın Florida ştatına çatıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ "İrma" qasırğası ABŞ-ın Florida ştatı sahilləri yaxınlığında yerləşən Marko adasına çatıb.

"Report" xəbər verir ki, hökumətin proqnozlarına görə, qasırğa nəticəsində 30 milyondan çox insan zərər çəkə bilər. 6,3 mln. ştat sakini təxliyyəyə ehtiyac duyur, müvəqqəti sığıncaqlara 114 min insan yerləşdirilib.

Hazırda qasırğa üçüncü güc dərəcəsində qiymətləndirilib, küləyin sürəti saatda 185 kilometrə çatır.

"İrma" qasırğasının əsas Floridanın Sankt-Peterburq şəhərinə zərbə vuracağı gözlənilir.

Karib adalarında 22 nəfər "İrma" qasırğasının qurbanı olub.

Son xəbərlər

Orphus sistemi