​İrlandiyanın əsas hava limanında güclü yanğın başlayıb

​İrlandiyanın əsas hava limanında güclü yanğın başlayıb Dublinə gələn təyyarə reysləri Belfast və Şennon hava limanlarına göndərilir
Digər ölkələr
26 Avqust , 2015 12:53
​İrlandiyanın əsas hava limanında güclü yanğın başlayıb

Bakı. 26 avqust. REPORT.AZ/ İrlandiyanın paytaxtı Dublində beynəlxalq hava limanında güclü yanğın başlayıb. 

"Report" xəbər verir ki, bu haqda hava limanının "twitter" səhifəsində yazılıb.

Məlumatda bildirilib ki, hava limanında anqarlardan biri yanır və bütün istiqamətlərə uçuşlar dayandırılıb. Dublinə gələn təyyarə reysləri isə Belfast və Şennon hava limanlarına göndərilir.

Hadisə yerində 4 xilasedici qrup işləyir. İlkin məlumata görə, anqar sərnişinlər üçün ayrılan yerdən aralı olduğu üçün hadisə nəticəsində xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi