Bakı. 11 iyun. REPORT.AZ/ Romadan Çikaqoya uçan "United Airlines" aviaşirkətinə məxsus təyyarə bomba haqqında məlumat yazılmış məktubun aşkar olunması səbəbindən İrlandiyada təcili eniş edib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Irish Sun" qəzeti yazıb.
Bildirilir ki, məktub təyyarənin tualetindən tapılıb.
Göyərtəsində 214 sərnişin və heyət üzvünün olduğu "Boeing 767-300" təyyarəsi İrlandiyanın "Şennon" hava limanına eniş edib. Hava gəmisini "təcili yardım" və yanğınsöndürən maşınlar qarşılayıb.
Təxliyyə olunmuş sərnişinlər yerli otellərə yerləşdirilib. Polis təyyarənin içərisində şübhəli əşya aşkar etməyib.