İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var

İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var İnsidentin hansı şəraitdə baş verdiyi araşdırılır
Digər ölkələr
23 Avqust , 2017 03:25
İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var

Bakı. 23 avqust. REPORT.AZ/ Dublində sürücünün nəqliyyat vasitəsini səkidəki piyadaların üzərinə sürməsi nəticəsində 6 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "The Irish Times" qəzeti yazıb.

Bildirilir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəstəxanaya yerləşdirilənlər arasında hadisəni törətmiş sürücü də var.

İnsidentin hansı şəraitdə baş verdiyi araşdırılır.

Son xəbərlər

Orphus sistemi