İrlandiya dənizi üzərində itən vertolyotun qalıqları Uelsdə tapılıb

İrlandiya dənizi üzərində itən vertolyotun qalıqları Uelsdə tapılıb Vertolyot dağlıq ərazidə qəzaya uğrayıb
Digər ölkələr
31 Mart , 2017 06:31
İrlandiya dənizi üzərində itən vertolyotun qalıqları Uelsdə tapılıb

Bakı. 31 mart. REPORT.AZ/ İrlandiya dənizi üzərində radarlardan itən vertolyotun qalıqları və ölən 5 nəfərin cəsədi Uels dağlarında tapılıb.

"Report" xəbər verir ki, bu barədə "North-wales police" məlumat yayıb.

"Twin Squirrel" tipli vertolyotun qalıqları Snoudoniya Milli Parkı ərazisində aşkar edilib.

Ölənlər Böyük Britaniyanın Milton Keyns şəhərindən olan bir ailənin üzvləridir. Uçuş zamanı dağlarda hava şəraiti və görüntü pis olub.

Son xəbərlər

Orphus sistemi