İrkutskda alkoqol zəhərlənməsindən ölənlərin sayı 20 nəfəri keçib - YENİLƏNİB-3

İrkutskda alkoqol zəhərlənməsindən ölənlərin sayı 20 nəfəri keçib - YENİLƏNİB-3 Hazırda 42 nəfərin xəstəxanaya yerləşdirildiyi və onlardan 25 nəfərin öldüyü məlumdur
Digər ölkələr
19 Dekabr , 2016 11:23
İrkutskda alkoqol zəhərlənməsindən ölənlərin sayı 20 nəfəri keçib - YENİLƏNİB-3

Bakı. 19 dekabr. REPORT.AZ/ Rusiyanın İrkutsk vilayətində spirt tərkibli mayedən ölənlərin sayı 25 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin İstintaq Komitəsinin İstintaq İdarəsindən məlumat veriblər.

Məlumata görə, hazırda 42 nəfərin xəstəxanaya yerləşdirildiyi və onlardan 25 nəfərin öldüyü məlumdur. Qalanlarının vəziyyəti isə ağır olaraq qalır.

İlkin məlumatlara görə, konsentratın tərkibində metil spirti olub.

Hadisə qurbanlarının hamısı eyni mikrorayonda - Novo Leninoda yaşayanlar olub.

***06:11

Rusiyanın İrkutsk vilayətində spirt tərkibli mayedən ölənlərin sayı 16 nəfərə çatıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin hüquq-mühafizə orqanları məlumat yayıb. 

Məlumata görə, dekabrın 18-də xətəxanaya yerləşdirilmiş zərərçəkənlərdən daha 1-i dünyasını dəyişib. 

***03:54

Rusiyanın İrkutsk vilayətində spirt tərkibli mayedən zəhərlənmiş şəxslərdən daha 7-i dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin məlumatına görə, bununla da zəhərlənmədən ölənlərin sayı 15 nəfərə çatıb.

"Hazırda bizə 15 nəfərin ölməsi məlumdur" – deyə mənbə bildirib. O, neçə nəfərin xəstəxanaya yerləşdirildiyini deməyib.

Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində dünən baş vermiş kütləvi zəhərlənmədə 18 nəfərin zərər çəkdiyi bildirilirdi. Onlardan 7-i elə ötən gün dünyasını dəyişib.  


 

***18:00

Rusiyanın İrkutsk vilayətində alkoqollu içkidən kütləvi zəhərlənmə baş verib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, 10 nəfər alkoqollu içkidən zəhərlənib. Onlardan 5-i ölüb, 5 nəfər isə komadadır.

"Tibbi mütəxəssislərin ilkin rəyinə görə, zərərçəkənlər naməlum zəhərdən kəskin kimyəvi zəhərlənməyə məruz qalıblar. Onların hamısı bir gün əvvəl spirt tərkibli surroqat maye istifadə edib", - deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Nazirliyin məlumatına görə, hazırda onlardan 5-i komadadır. Zərərçəkənlərə tam tibbi yardım göstərilir. Zəhərlənənlərin müalicəsinə İrkutsk Toksikoloji Mərkəzinin baş toksikoloqları və narkoloqları cəlb edilib. 

"Zərərçəkənlərdən 5-i dünyasını dəyişib" – deyə məlumatda qeyd edilir. Xəstələrdən kimyəvi-teksikoloji ekspertiza nümunələri götürülüb.

Zəhərlənmə ilə bağlı məlumat hüquq-mühafizə orqanlarına göndərilib.

Son xəbərlər

Orphus sistemi