İri banklar Kataloniyadan köçürülür

İri banklar Kataloniyadan köçürülür “Fitch” agentliyi Kataloniyaya kredit riskinin çox olduğunu elan etmək niyyətindədir
Digər ölkələr
6 Oktyabr , 2017 11:36
İri banklar Kataloniyadan köçürülür

Bakı. 6 oktyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya əyalətindəki ən iri “Sabadell” bankı mənzil-qərargahını krallığın Alikante şəhərinə köçürür.

“Report” “DW”ə istinadən xəbər verir ki, bu barədə bankın idarə heyəti qərar qəbul edib.

Məlumata görə, “Sabadell”in rəqibi sayılan “Caixabank” da mərkəzi ofisinin Kataloniyadan köçürməyi planlaşdırır.

“Fitch” agentliyi isə hadisələrin gözlənilməz inkişafı ilə əlaqədar Kataloniyaya kredit riskinin çox olduğunu elan etmək niyyətindədir.

Kredit müəssisələrinin əyalətdən köçməsi Kataloniyanın maliyyə sahəsinə ciddi ziyan vuracaq. 

Son xəbərlər

Orphus sistemi