Ermənistanda polis bölməsini ələ keçirən silahlı dəstə təslim olmaq qərarına gəlib

Ermənistanda polis bölməsini ələ keçirən silahlı dəstə təslim olmaq qərarına gəlib Hakimiyyət rəsmiləri sözügedən informasiyanı hələ ki, təsdiq etməyiblər
Digər ölkələr
31 İyul , 2016 21:14
Ermənistanda polis bölməsini ələ keçirən silahlı dəstə təslim olmaq qərarına gəlib

Bakı. 31 iyul. REPORT.AZ/ İrəvanda iyulun 17-dən polis post-patrul xidməti alayının binasını ələ keçirən silahlı dəstə təslim olmaq qərarına gəlib.

"Report" xəbər verir ki, bu barədə bazar günü dəstə üzvlərindən biri Varujan Avetisyan məlumat verib.

Onun bəyanatını bir neçə müxalifətyönlü internet resurs yayıb. Avetisyanın sözlərinə görə, müxalifətçilər "hərbi əsir statusunda qalaraq" mübarizəni davam etdirəcəklər. O, bu qərarın olduqca çətin olduğunu etiraf edib.

Hakimiyyət rəsmiləri sözügedən informasiyanı hələ ki, təsdiq etməyiblər.

Son xəbərlər

Orphus sistemi