İraqın Tikrit şəhəri İŞİD terrorçularından tamamilə təmizlənib

İraqın Tikrit şəhəri İŞİD terrorçularından tamamilə təmizlənib Baş nazir: "Artıq şəhər İraq hökumət qüvvələrinin nəzarəti altındadır və ölkənin bayrağı Səlahəddin əyalətinin inzibati binasının üzərində dalğalanır"
Digər ölkələr
31 Mart , 2015 20:31
İraqın Tikrit şəhəri İŞİD terrorçularından tamamilə təmizlənib

Bakı. 31 mart. REPORT.AZ/ İraqın Tikrit şəhəri "İslam Dövləti" (İŞİD) terrorçularından tamamilə təmizlənib. "Report"un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İraqın baş naziri Heydər əl-Abadi bildirib. 

Onun sözlərinə görə, artıq şəhər İraq hökumət qüvvələrinin nəzarəti altındadır və ölkənin bayrağı Səlahəddin əyalətinin inzibati binasının üzərində dalğalanır. 

Qeyd edək ki, şəhər ötən ilin yayından İŞİD silahlı qruplaşmasının nəzarəti altındaydı. 

Son xəbərlər

Orphus sistemi