İraqın Təll-Əfar hava limanı azad edilib

İraqın Təll-Əfar hava limanı azad edilib Aeroport iki il İŞİD-in nəzarəti altında olub
Digər ölkələr
16 Noyabr , 2016 23:37
İraqın Təll-Əfar hava limanı azad edilib

Bakı. 16 noyabr. REPORT.AZ/ İraqın şiə könüllülərindən ibarət dəstələri Mosulun qərbində yerləşən Təll-Əfar şəhəri yaxınlığındakı hava limanını İŞİD terror qruplaşması yaraqlılarından azad ediblər.

"Report" xəbər verir ki, bu barədə könüllülərin komandanlığına istinadən "Əs-Sumariyə" telekanalı məlumat yayıb.

Azad olunan obyekt iki il terrorçuların nəzarəti altında olub.

Son xəbərlər

Orphus sistemi