İraqın Telafer şəhərində 1300 İŞİD silahlısı təslim olub

İraqın Telafer şəhərində 1300 İŞİD silahlısı təslim olub Terrorçuların çoxu çeçen, əfqan, rus, fransız və ingilisdir
Digər ölkələr
6 Sentyabr , 2017 08:21
İraqın Telafer şəhərində 1300 İŞİD silahlısı təslim olub

Bakı. 6 sentyabr. REPORT.AZ/ İraqın Telafer şəhərinin İŞİD terror qruplaşması üzvlərindən təmizlənməsi əməliyyatı zamanı təslim olan yaraqlıların sayı açıqlanıb.

"Report" xəbər verir ki, İraq təhlükəsizlik qüvvələrindəki bir səlahiyyətli şəxsin məlumatına görə, Telafer əməliyyatı nəticəsində əcnəbi əsilli 1300 İŞİD üzvü təslim olub.

Onların Mosulun cənubunda yerləşən Hamam əl- Əlil Əsgəri bazasında dustaq edildiyi bildirilir.

Yerli polis rəsmisi terrorçuların çoxunun Çeçenistan, Əfqanıstan, Rusiya, Fransa və İngiltərə əsilli olduğunu açıqlayıb.

Telaferdə aparılan əməliyyat ərzində 2 mindən çox İŞİD terrorçusu məhv edilib.

Son xəbərlər

Orphus sistemi