İraqın təhlükəsizlik qüvvələri 15 İŞİD terrorçusunu məhv edib

İraqın təhlükəsizlik qüvvələri 15 İŞİD terrorçusunu məhv edib Bəyanatda əməliyyatın keçirildiyi dəqiq vaxt və yer barədə məlumat verilməyib
Digər ölkələr
3 Yanvar , 2018 05:55
İraqın təhlükəsizlik qüvvələri 15 İŞİD terrorçusunu məhv edib

Bakı. 2 yanvar. REPORT.AZ/ İraqın təhlükəsizlik qüvvələri ölkənin qərbində İraq-Suriya sərhədi yaxınlığında sərhədi keçib İraqa daxil olan 15 İŞİD terrorçusunu məhv edib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua"xəbər agentliyi İraqın daxili işlər nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Suriyadan İraqa İŞİD terrorçusunun keçdiyi barədə əməliyyat məlumatı daxil olandan sonra İraq-Suriya sərhədi yaxınlığında pusqu qurulub. Nəticədə 15 terrorçu məhv edilib.

Bəyanatda əməliyyatın keçirildiyi dəqiq vaxt və yer barədə məlumat verilməyib. 

Son xəbərlər

Orphus sistemi