​İraqın şimalındakı muxtariyyatın hökuməti Rusiyaya müraciət edib

​İraqın şimalındakı muxtariyyatın hökuməti Rusiyaya müraciət edib "Raketlərinizi uçurmaq üçün İraqın şimal hissəsinin hava məkanına alternativ axtarmağınızı tələb edirik"
Digər ölkələr
10 Dekabr , 2015 16:48
​İraqın şimalındakı muxtariyyatın hökuməti Rusiyaya müraciət edib

Bakı. 10 dekabr. REPORT.AZ/ İraqın şimalındakı muxtariyyatın hökuməti ərazisindən raket uçurmaması üçün Rusiyaya müraciət edib.

"Report" xəbər verir ki, bu haqda Rusiya KİV-i məlumat yayıb.

"Raketlərinizi uçurmaq üçün İraqın şimal hissəsinin hava məkanına alternativ axtarmağınızı tələb edirik. Ölkənin bu hissəsindəki Ərbil və Süleymaniyyə şəhərlərinin hava limanlarının fəaliyyətini dayandırması bölgə iqtisadiyyatına ziyan vurur", - müraciətdə vurğulanıb.

Qeyd edək ki, Rusiyanın Xəzərdən Suriya ərazisinə atdığı qanadlı raketlər İraqın şimalından uçur. 

Son xəbərlər

Orphus sistemi