İraqın şimalındakı kürd muxtariyyətində Novruz bayramı tədbirləri ləğv olunub

İraqın şimalındakı kürd muxtariyyətində Novruz bayramı tədbirləri ləğv olunub Afrinin mərkəzinin terrorçulardan təmizlənməsi ilə əlaqədar Süleymaniyyədə üçgünlük yas elan edilib
Digər ölkələr
19 Mart , 2018 13:35
İraqın şimalındakı kürd muxtariyyətində Novruz bayramı tədbirləri ləğv olunub

Bakı. 19 mart. REPORT.AZ/ İraqın şimalındakı kürd muxtariyyətində Novruz bayramı tədbirləri ləğv edilib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə bölgənin ən böyük əyalətlərindən biri sayılan Süleymaniyyənin valisi Hafal Əbu Bakrın yazılı açıqlamasında bildirilib.

“Afrində baş verən hadisələrlə əlaqədar Süleymaniyyədə üçgünlük yas elan edilib. Novruz bayramı ilə bağlı bütün tədbirlər ləğv olunub”, - açıqlamada qeyd edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun yanvarın 20-dən davam edən “Zeytun budağı” antiterror əməliyyatı nəticəsində martın 18-də Afrin şəhərinin mərkəzi terrorçulardan təmizlənib. 

Son xəbərlər

Orphus sistemi