​İraqın şimalında 300 terrorçu öldürülüb

​İraqın şimalında 300 terrorçu öldürülüb ABŞ ordusunun generalı: "Bu, 2015-ci ilin iyulundan bəri İŞİD-in ən güclü basqınıdır"
Digər ölkələr
18 Dekabr , 2015 11:32
​İraqın şimalında 300 terrorçu öldürülüb

Bakı. 18 dekabr. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması İraqın şimalına, kürd silahlılarının Başika rayonundakı düşərgəsinə hücum edib.

"Report" xəbər verir ki, bu haqda "New York Times" qəzeti amerikalı hərbçilərə istinadən məlumat yayıb.

Bu, son 5 ayda İŞİD-in həyata keçirdiyi ən güclü basqın sayılır.

Məlumata görə, 120 silahlıdan ibarət qruplarla terrorçular Başika ilə yanaşı, İraqın Narvan və Tal-Əsvad yaşayış məntəqələrinə hücum ediblər.

İraqdakı koalisiya qüvvələrinin havadan dəstəyi nəticəsində İŞİD-in bu kütləvi basqınının qarşısı alınıb.

Xəbərə əsasən, 300-ə yaxın silahlı öldürülüb. 

ABŞ ordusunun generalı Mark Odom bunu 2015-ci ilin iyulundan bəri "İŞİD-in ən güclü basqını" adlandırıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bir qrup əsgəri iki il yarımdır Mosul əyalətinin Başika rayonunda İraqın şimalındakı muxtar hökumətin silahlılarına terrorçuluğa qarşı mübarizə aparmaq üçün təlimlər keçir. Rəsmi Bağdad isə türk əsgərinin həmin ərazidən çıxmasını tələb edib. Türkiyə hərbçiləri oradan İraqın şimalındakı başqa şəhərə yerlərini dəyişib. 

Son xəbərlər

Orphus sistemi