Yuxarı

​İraqın sərhəd qoşunları baş qərargahının qarşısında partlayış olub, ölən və yaralananlar var

Partlayışı kamikadze törədib

Bakı. 31 iyul. REPORT.AZ/ İraqın sərhəd qoşunlarının Ənbar əyalətində yerləşən baş qərargahı qarşısında partlayış baş verib.

"Report" xəbər verir ki, ilkin məlumatlara görə, insident nəticəsində ölən və yaralananlar var.

Hadisə barədə məlumat verən "Əs-Sumariyə" telekanalı, partlayışın kamikadze tərəfindən törədildiyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi