Yuxarı

İraqın müdafiə naziri vəzifəsindən azad edilib

Səsvermədə iştirak edən 262 deputatdan 142-si onun vəzifədən getməsinə razılıq verib

Bakı. 25 avqust. REPORT.AZ/ İraqın müdafiə naziri Halid əl-Ubeydi ilə bağlı ölkə parlamentinə göndərilən soruşdurma qəbul edilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bununla da müdafiə naziri vəzifəsindən düşürülüb.

İraqın dövlət televiziyasının xəbərinə görə, parlamentdə keçirilən səsvermədə iştirak edən 262 deputatdan 142-nin səsi ilə müdafiə naziri Halid əl-ubeydi nazir vəzifəsindən azad edilib.

Ölkə parlamentində iki gün əvvəl keçirilən iclasda aparılan səsvermə yetərsay olmadığı üçün müdafiə naziri Halid əl-Ubeydinin istefaya göndərilməsi məsələsi baş tutmamışdı.

Ümumiyyətlə, İraq parlamentində hökumətlə yanaşı, nazirlər üçün də tək-tək səsvermə keçirilir. Qanuna görə, 328 yerlik parlamentdə bir nazirin etibar qazanması üçün 165 deputatın səs verməsi lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi