Yuxarı
    Bağlamaq

    ​İraqın keçmiş prezidenti 3 ildən sonra ictimaiyyət arasında görünüb

    Nəcməddin Kərim: Cəlal Talabaninin səhhəti yaxşıdır, ancaq vəziyyət dəyişə bilər

    Bakı. 2 iyun. REPORT.AZ/ İraqın keçmiş prezidenti Cəlal Talabani son üç ildə ilk dəfə ictimaiyyət arasında görünüb. 

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, lideri olduğu İraq Kürdüstan Yurdsevərlər Partiyasının toplantısına qatılıb.

    Keçmiş prezident həmin partiyanın baş katibidir. 2012-ci ildə Cəlal Talabani beyninə qan sızmasından Almaniyada müalicə olunurdu. Ötən il Almaniyadan İraqın Süleymaniyyə şəhərinə qayıdıb. Bu müddət ərzində ondan heç bir xəbər olmayıb.

    Məlumatda bildirlib ki, uzun müddət görünmədiyi üçün bir çoxları onun həyatda olmadığını zənn edirdi. Ötən gün Cəlal Talabani partiyasının yaranmasının 40-cı ildönümünə həsr olunan tədbirdə iştirak edib.

    Keçmiş prezidentin şəxsi həkimi Nəcməddin Kərim deyib: "Cəlal Talabaninin səhhəti yaxşıdır. Ancaq vəziyyət dəyişə bilər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi