İraqın Hərbi Hava Qüvvələri İŞİD-in 100 silahlısını məhv edib

İraqın Hərbi Hava Qüvvələri İŞİD-in 100 silahlısını məhv edib Hərbi Hava Qüvvələri ümumilikdə terrorçuların mövqelərinə 15 hava zərbəsi endirib
Digər ölkələr
9 May , 2017 22:38
İraqın Hərbi Hava Qüvvələri İŞİD-in 100 silahlısını məhv edib

Bakı. 9 may. REPORT.AZ/ İraqın Hərbi Hava Qüvvələrinin ölkənin qərbindəki Anbar vilayətinə endirdiyi zərbələr nəticəsində İŞİD terror qruplaşmasının 100 silahlısı məhv edilib.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi ölkənin silahlı qüvvələrinin bəyanatına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, İraqın Hərbi Hava Qüvvələri terrorçuların mövqelərinə ümumilikdə 15 hava zərbəsi endirib. Ölkənin Silahlı Qüvvələrinin Birgə Əməliyyatlar Komandanlığının bəyanatında bildirilir ki, qırıcı təyyarələr İŞİD-in Bağdaddan 180 kilometr şimal-qərbdəki Ana şəhərində sığınacaqlarına 11 hava zərbəsi endirərək 47 silahlını məhv ediblər.

Bombardmançılar daha 4 hava zərbəsini paytaxtdan 330 kilometr şimal-qərbdəki El-Kaym şəhərinə endiriblər. Bundan əlavə, bildirilir ki, hücumlar nəticəsində terrorçuların bomba hazırladıqları ev və obyekt də dağıdılıb.

Son xəbərlər

Orphus sistemi