Yuxarı

​İraqın Əl-Fəlluca şəhərinin azad olunması zamanı 1800 terrorçu öldürülüb

İraq hərbçiləri şəhəri azad etdiklərini bəyan ediblər

Bakı. 26 iyun. REPORT.AZ/ İraqın Əl-Fəlluca şəhərinin azad olunması uğrunda döyüşlər zamanı ən azı 1800 İŞİD terrorçusu öldürülüb.

"Report" xəbər verir ki, bu barədə İraq rəsmilərinə istinadən "Deutsche Welle" nəşri yazıb.

İraq hərbçilərinin iyunun 26-da yaydığı məlumata görə, İraq Silahlı Qüvvələri İŞİD terrorçuları Bağdadın 50 km-də yerləşən Əl-Fəlluca şəhərindən tamamilə çıxarılıb.

Şəhər üzərində nəzarətin bərpa olunması üzrə əməliyyat Amerika aviasiyasının dəstəyi ilə mayın sonlarında başlayıb.

İŞİD terror qruplaşması Əl-Fəllucanı 2014-cü ilin yanvarında işğal edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi