Bakı. 14 fevral. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) İraqın Ənbar əyalətinin Əl-Bağdadi şəhərini nəzarətə götürüb.
"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bundan əvvəl terrorçular Əl-Bağdadi şəhəri yaxınlığında yerləşən Ayn əl-Əsəd aviabazasına hücum ediblər.
Hücum zamanı hərbi düşərgə ərazisində ABŞ-ın 320 dəniz piyadası olub.