İraqın Diyala əyalətinin polis rəisi terror hücumu zamanı öldürülüb

İraqın Diyala əyalətinin polis rəisi terror hücumu zamanı öldürülüb Partlayıcı qurğu Xalid əl-Karahın xidməti avtomobilinin altına bərkidilibmiş
Digər ölkələr
22 Fevral , 2016 19:41
İraqın Diyala əyalətinin polis rəisi terror hücumu zamanı öldürülüb

Bakı. 22 fevral. REPORT.AZ/ İraqın Diyala əyalətinin polis rəhbəri polkovnik Xalid əl-Karah suiqəsd nəticəsində öldürülüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə əyalətin Təhlükəsizlik Komitəsinin sədri Sadiq əl-Hüseyni məlumat verib.

Onun sözlərinə görə, polis rəisinin xidməti avtomobili Bağdaddan 50 km şimal-şərqdə yerləşən və əyalətin inzibati mərkəzi olan Baakuba şəhərində partladılıb. İlkin məlumatlara görə, partlayıcı qurğu Xalid əl-Karahın xidməti avtomobilinin altına bərkidilibmiş və o, maşına mindikdən sonra işə salınıb. Partlayış zamanı polkovniki müşayiət edən polis zabiti də həlak olub.

Diyala istintaq orqanlarının nümayəndələri hesab edir ki, Baakubadakı terror aktı İŞİD terror qruplaşması tərəfindən təşkil edilib.

Son xəbərlər

Orphus sistemi