İraqda koronavirusa yoluxanların sayı artır

İraqda koronavirusa yoluxanların sayı artır İraqın Ərbil şəhərində koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
7 Mart , 2020 10:40
İraqda koronavirusa yoluxanların sayı artır

İraqın Ərbil şəhərində koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“Report” “Akşam”a istinadən xəbər verir ki, bunu bölgənin Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, yoluxmuş şəxs 33 yaşlı qadındır.

İraqın şimalındakı kürd muxtar vilayətində daha öncə 8 nəfərə koronavirus diaqnozu qoyulmuşdu.

Beləliklə, İraqda koronavirus daşıyıcılarının sayı 47-yə yüksəlib, ölənlərin sayı isə 4-dür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 242-yə çatıb. Bunların 57 624 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi